Menu

Türkiyə aviaşirkətləri İraq Kürdüstanına uçuşları dayandıracaqlar

28.09.2017, 14:40

turk hava yollariAzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Türkiyənin aviaşirkətləri İraqın şimalındakı kürd muxtariyyətinə uçuşları dayandırmaq niyyətindədir.

«İraqın mülki aviasiya İdarəsinin xəbərdarlığı ilə əlaqədar olaraq, Turkish Airlines, Atlas Global və Pegasus aviaşirkətləri Ərbil və Süleymaniyyə aeroportlarına və əks istiqamətlərə uçuşları cümə günü saat 18:00-dan dayandıracaq» - deyə, «RİA Novosti» agentliyi Türkiyənin Ərbildəki baş konsulluğuna istinadla xəbər verir.

Bundan əvvəl xəbər verilmişdi ki, İraq Kürdüstanındakı referendumda səs verənlərin 92,0 faizi bölgənin İraqdan ayrılmasına «hə» deyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol