Menu

Türkiyə vətəndaşlarını İraqın Kürd Muxtariyyətini tərk etməyə çağırdı

28.09.2017, 17:23
Türkiyə vətəndaşlarını İraqın Kürd Muxtariyyətini tərk etməyə çağırdı

Türkiyə XİN vətəndaşlarını aviaəlaqə kəsilmdən İraqın Kürd Muxtariyyəti ərazisini tərk etməyə çağırıb.

Trend-in məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Qeyd edək ki, Türkiyənin Ərbildəki baş konsulluğu İraq Kürdüstanı aeroportundan uçuşların cümə günündən etibarən dayandırılacağı barədə bəyan etmişdi.

XİN-in yaydığı sənəddə deyilir: "Düşünürük ki, Türkiyə vətəndaşlarının vacib səbəbləri olmadan İraqın şimalında qalmaları doğru deyil və İraqın Kürd Muxtariyyəti ərazisini sentyabrın 29-u saat 18:00-a qədər tərk etməlidirlər".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol