Menu

"Rusiyanın Qarabağ münaqişəsinin həllindəki rolu dəyişməyib" - Zaxarova

28.09.2017, 18:48
"Rusiyanın Qarabağ münaqişəsinin həllindəki rolu dəyişməyib" - Zaxarova

"Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində rəsmi Moskvanın mövqeyi dəyişməyib".

"Report" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ATƏT-in Minsk qrupunun tərkibində mümkün dəyişiklik edilməsi məsələsinə münasibət bildirərkən deyib.

"Dəyişikliklər barədə məlumatım yoxdur. Mütəxəssislərlə dəqiqləşdirib daha ətraflı məlumat verəcəyəm", - M.Zaxarova qeyd edib.

"Rusiyanın münaqişənin həllindəki rolu və həlli məsələsindəki mövqeyi dəyişməyib", - deyə o əlavə edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol