Menu

NATO təyyarələri Rusiya sərhədlərində kəşfiyyat uçuşları edib

01.10.2017, 10:26
NATO təyyarələri Rusiya sərhədlərində kəşfiyyat uçuşları edib

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, NATO təyyarələri Rusiyanın Kalininqrad vilayəti sərhədində kəşfiyyat uçuşları aparıb.

NATO komandanlığının uzaq radiolokasion aşkarlama və idarəetmə təyyarəsi (E-3A Sentry) şənbə günü gündüz saatlarında F-7 aviabazasından (İsveç, Lidçyo şəhəri) qalxaraq, Kalininqrad vilayəti sərhədlərində və Belarusun qərb sərhədlərində kəşfiyyat uçuşları edib. Bu barədə hərbi aviasiyanın hərəkətini izləyən qərb saytları xəbər verib.

Onların məlumatına görə, yenə həmin bazadan göyərtə nömrəsi LX-N90458 olan təyyarə havaya qalxaraq, uzun müddət Kalininqrad vilayətindən cənuba və Qrodnı (Belarus) vilayətindən qərbə doğru, Polşa səmasında irəliləyərək, uzun müddətli uçuş həyata keçirib.

Elə həmin təyyarə cümə günü İsveç aviabazasından qalxaraq, Baltik dənizinin cənubunda Rusiya sərhədinin yaxınlığında analoji uçuş həyata keçirib.

Cari həftə ərzində Kalininqrad vilayəti sərhədlərində Britaniya hərbi-hava qüvvələrinin (HHQ) ən azı, 2 kəşfiyyat təyyarəsinin uçuşları qeyd alınıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol