Menu

İraqda 300-dən çox İŞİD terrorçusunu öldürmüş snayperçi həlak olub

01.10.2017, 12:40
İraqda 300-dən çox İŞİD terrorçusunu öldürmüş snayperçi həlak olub

İraqda "Əl-Haşd əş-Şaabi" şiə könüllülərinin snayperçisi olan Əbu Tahsin əs-Salihi həlak olub.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, o, bu günə qədər İŞİD terror qruplaşmasının 321 üzvünü öldürdüyünü iddia edirdi.

Bildirilir ki, Əbu Tahsin cümə günü, sentyabrın 29-da İŞİD-in İraqdakı son istinadgahı olan Əl-Havica yaşayış məntəqəsi uğrunda gedən döyüşlərdə ölümcül yaralanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol