«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, İtaliya hökuməti Koreya Xalq Demokratik Respublikasının (KXDR) səfirini ölkədən çıxartmaq qərarına gəlib.
Qərarı İtaliyanın xarici işlər naziri Ancelino Alfano elan edib.
Sentyabrın əvvəlində KXDR nüvə sınağı keçirib. Bundan başqa, Pxenyan son vaxtlar praktiki olaraq, dövri qaydada ballistik raket sınaqları keçirir və davamlı şəkildə Amerika Birləşmiş Ştatlarını (ABŞ) nüvə zərbəsi ilə hədələyir.


Şərhlər