Menu

ABŞ KXDR ilə danışıqların bərpası üçün imkanlar arayır

01.10.2017, 19:07
ABŞ KXDR ilə danışıqların bərpası üçün imkanlar arayır

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Ameika Birləşmiş Ştatları (ABŞ) Koreya Xalq Demokratik Respuğlikası (KXDR) ilə danışıqların bərpası üçün imkanlar arayır. ABŞ dövlət katibi Reks Tillersonun sözlərinə görə, kommunikasiya birbaşa baş verir. Pxenyan üçün ABŞ-n iki və ya üç kanalı açıqdır.

Başlıca hədəf - Şimali Koreyanın nüvə və raket yaratmaq çalışmaları ətrafında yaranmış böhranı tənzimləməkdən ibarətdir.

Agentliklərin məlumatına görə, ABŞ xarici siyasət idarəsinin başçısı ilk dəfədir ki, Ağ evin Şimali Koreya rejimi ilə dialoq yaratmaq cəhdindən danışır.

Bu zaman, dövlət departamentində jurnalistlərə bildiriblər ki, Pxenyan hələlik danışıqların bərpasında maraqlı olduğu barədə Vaşinqtona heç bir siqnal göndərməyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol