Menu

Kataloniyada səsvermə başa çatıb

01.10.2017, 23:17
Kataloniyada səsvermə başa çatıb

Kataloniyada müstəqillik referendumu ilə əlaqədar səsvermə başa çatıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, səsvermədə seçicilərin 50%-dən çoxu iştirak edib.

Rəy sorğularına görə, seçicilərin 41%-i muxtariyyətin müstəqilliyinin lehinə, 49%-i isə əleyhinə səs verib.

Qeyd edək ki, bu gün Kataloniyada müstəqilliklə bağlı referendum keçirilib. İspaniya hökuməti referendumu qanunsuz hesab edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol