Menu

LAS-VEQASDAKI ATIŞMADA ÖLƏNLƏRİN SAYI 58-ə ÇATDI - FOTOLAR + VİDEO

02.10.2017, 19:41
LAS-VEQASDAKI ATIŞMADA ÖLƏNLƏRİN SAYI 58-ə ÇATDI - FOTOLAR + VİDEO

ABŞ-ın Las-Veqas şəhərindəki “Mandalay Bay” mehmanxana kompleksində baş vermiş atışma nəticəsində ölənlərin sayı 58 nəfərə çatıb. "Azpolitika.info", bu barədə “TRT HABER" məlumat yayıb.

Qeyd edək ki, hadisə nəticəsində 515-dən çox adam yaralanıb.

Las-Veqasdakı qırğın ABŞ tarixində ən kütləvi güllələnmə hadisəsi adlandırılıb.

***

ABŞ-ın Las-Veqas şəhərində musiqi festivalı iştirakçılarına atəş açılması nəticəsində 20-dən çox insan həlak olub, 100-dən çox yaralı var.APA-nın "Röyters" agentiyinə istinadən verdiyi məlumata görə, bu barədə Las-Veqasın Polis Departamentinin rəhbəri bildirib.

Ölənlər arasında polis əməkdaşları da var.

 

***

Las-Veqasda kazinolardan birinin yaxınlığında atışma olub. APA-nın “The Sun” nəşrinə istinadən verdiyi xəbərə görə, "Mandalay Bay Casino"nun konsert salonunda baş verən insident nəticəsində xeyli sayda ölənin olduğu bildirilir. İndiyədək 20-dən artıq şəxs xəstəxanaya çatdırılıb.

İlkin məlumata əsasən, naməlum şəxs kazinoda konsertə gələn şəxslərə atəş açıb. Polisin yaydığı xəbərdarlıqda insanların həmin ərazidən uzaqlaşması xahiş olunub.

Kazinoya yaxın yollarda hərəkət məhdudlaşdırılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol