«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Avropa Komisiyası (AK) Kataloniyanın müstəqilliyi barədə keçirilmiş referendumu qeyri-qanuni hesab edib.
Bununla bərabər, orada qeyd ediblər ki, İspaniya hakimiyyəti müstəqillik tərəfdarları ilə dialoq qurmalıdır.
Bəyanatda deyilir ki, Kataloniyanın müstəqilliyi İspaniyanın daxili işidir, amma zorakılıq siyasət aləti ola bilməz.
Sözügedən referendum oktyarbın 1-də, birtərəfli qaydada keçirilib. İspaniyanın mərkəzi hakimiyyəti bəyan edib ki, Kataloniyada heç bir referendum olmayıb. Kataloniya hökuməti isə elan edib ki, seçicilərin 90,0 faizə qədəri bölgənin müstəqilliyinə səs verib.


Şərhlər