Menu

Bakıxanovda özünü  20-ci mərtəbədən atmaq istəyən şəxs xilas edildi - Video

26.06.2014, 16:08
Bakıxanovda özünü  20-ci mərtəbədən atmaq istəyən şəxs xilas edildi - Video

Polis ölümə sürüklədi, qızı xilas etdi

İntihar etmək istəyən Suraxanı rayon sakininin adı Əlibabadır.

Bir müddət öncə Əlibaba FHN əməkdaşları tərəfindən xilas edilərək, aidiyyəti polis bölməsinə təhvil verilib.

Özünü atmaq istəyən şəxi bu əməlindən azyaşlı qızı daşındırıb.

Əməliyyatçılar Əlibabanın qızını dama qaldırmaqla onu özünü öldürmək fikrindən döndəriblər.

Onu da əlavə edək ki, Suraxanı rayon sakininin binanın damına çıxmasına səbəb olan müstəntiqin adı Azərdir. O qeyd etdiyimiz ki, Suraxanı rayon Polis İdarəsində çalışır.

* * *

Özünü 20 mərtəbəli binanın damından atmaq istəyən Əmircan sakinin bu addımının səbəbini həmin şəxsin anası Milli.Az-a danışıb.

Məlum olub ki, həmin adamın evindən bir müddət əvvəl oğurluq ediblər. Zərərçəkən onun evini qarət edənlə hansısa yolla telefon əlaqəsi yaradıb və onun səsini yazıb.

Həmin səs yazısını Suraxanı rayon Polis İdarəsinin müstəntiqinə təqdim edib.

Aldığı cavab isə onu pərişan edib və intihar barədə qərarı üçün əsas olub.

Belə ki, müstəntiq ona irad tutub ki "sən kimsən ki, insanların səsini yazırsan".

Məhz buna etiraz olaraq Əmircan sakini indi binanın damından özünü atmaq istəyir.

* * *

Bakıxanov qəsəbəsi, Yaşar Əliyev küçəsində Akkorda məxsus binanın 20-ci mərtəbəsinə çıxan gənc intihar etmək istəyir.

Axar.az xəbər verir ki, FHN-in xilasediciləri hadisə yerindədir. Onunla profilaktik söhbət aparılır. Gənc yerli sakindir. Hadisə haqda polisə gəncin anası xəbər verib. İntihara səbəb kimi onun borclu olması göstərilir. Bu dəqiqələrdə hələ də gənc intihar fikrindən dönməyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol