Menu

Alma-Atı yaxınlığında təyyarə qəzaya uğrayıb - Həlak olanlar var

03.10.2017, 21:52
Alma-Atı yaxınlığında təyyarə qəzaya uğrayıb - Həlak olanlar var

AzPolitika.info Qazaxıstan KİV-ə istinadla xəbər verir ki, Qazaxıstanın Alma-Atı aeroportunun 28-ci kilometrliyində An-28 təyyarəsi qəzaya uğrayıb.Qəza Bakı vaxtı ilə saat 17:15-də baş verib. İkin məlumata görə, təyyarənin göyərtəsində 5 nəfər var imiş - onların hamısı həlak olub.

Qazaxıstan daxii işlər nazirliyinin fövqəladə hallar komitəsinin rəsmi nüimayəndəsi Ruslan İmankulov xəbər veib ki, xilasedicilər qəza yerində başlamış yanğını söndürməklə məşğuldurlar.

Təyyarənin düşməsindən əvvəl xəbər verilib ki, «East Wing» aviaşirkətinə məxsus An-28 radardan «itib».

Təyyarə Alma-Atı - Çimkənd marşrutu üzrə sanitar reysi həyata keçirirmiş.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol