Menu

Bakıda mənzildə 62 yaşlı qadının meyiti tapılıb

04.10.2017, 19:47

meyit-tecili-yardim-evden-cixarirlarFövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nərimanov rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

APA-nın nazirliyin saytıma istinadən verdiyi xəbərə görə, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıblar. Orada aşkarlanan 1955-ci il təvəllüdlü Əliyeva Gülər Qurban qızının cəsədi aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat başa çatıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol