Almaniya kansleri Angela Merkel xüsusi müdafiə vasitələri ilə təchiz edilmiş yeni telefon əldə edib.
RİA “Novosti”nin məlumatına görə, xüsusi olaraq kansler üçün hazırlanmış "Blackberry Q10" telefonu "Secusmart" şirkətinin “kriptoçip” adlanan xüsusi qurğusu ilə təchiz olunub.
Çip 2,5 min avro dəyərindədir.
A.Merkel iki qurğu arasında seçim edib. Onlardan biri klassik klaviaturalı "Blackberry" və taktil ekranlı "Blackberry Z30"dur. Kansler birinci modelə üstünlük verib.
Məlumata əsasən, qurğu "Blackberry 10" əməliyyat sistemi əsasında hazırlanıb. Daha bir çip telefon danışıqları və elektron məlumatların daxil olduğu daxili hökumət şəbəkəsinin şifrlənməsini təmin edir. Yeni qurğu SMS-məlumatları da şifrləyir.


Şərhlər