Menu

Adam oğurluğunda təqsirləndirilərək tutulan şəxs həbsdə ölüb

04.10.2017, 20:04
Adam oğurluğunda təqsirləndirilərək tutulan şəxs həbsdə ölüb

Bakıda məhbus ölümü baş verib.APA-nın məlumatına görə, Penitensiar Xidmətin Müalicə Müəssisəsində saxlanılan, 1957-ci il təvəllüdlü Hacı Xəlil oğlu Sadıqov xəstəlikdən dünyasını dəyişib.

Qeyd edək ki, H. Sadıqov 2016-cı ildə adam oğurluğu və qanunsuz azadlıqdan məhrum etmə cinayətində təqsirli bilinərək 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol