Sabiq bələdiyyə sədri növbəti dəfə hakim qarşısına çıxarılıb. O, vətəndaşların külli miqdarda pulunu ələ keçirməkdə təqsirləndirilir.Musavat.com xəbər verir ki, Abşeron rayonunun Məhəmmədi kəndinin bələdiyyə sədri olmuş Vaqif Nəbiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən məhkəmə prosesində şahidlər ifadə verib.
Şahid Rahim İsmayılov bildirib ki, dostunun dayısı torpağını sənədləşdirmək üçün adam axtaran zaman onu sabiq bələdiyyə sədri ilə tanış edib.
Məhkəmədə şahidlər Fariz Qasımov və Şahid Abdullayev də ifadə verib.
Məhkəmədə məlum olub ki, sabiq bələdiyyə sədrinin daha bir məhkəməsi başlayır. Onun digər cinayət işi üzrə məhkəmə prosesinə hakim Əlövsət Abbasov sədrlik edəcək. Hər iki proses eyni gündə baş tutacaq.
Bildirək ki, bu iş davam edərkən məlum olub ki, sabiq bələdiyyə sədri barəsində yeni cinayət işi də açılıb.
Qeyd edək ki, bələdiyyə sədri Baş Prokuror yanında Korrupsiyaya Qarşı Baş Mübarizə İdarəsi tərəfindən həbs olunub. Buna səbəb bələdiyyə sədrinin bir neçə vətəndaşa yüz min manatlarla miqdarında maddi ziyan vurmaqda, pullarını mənimsəməyərək ələ keçirməsi olub. Lakin daha sonra o, ev dustaqlığına buraxılıb.
Bələdiyyə sədrinin əməllərindən zərər çəkdiyini deyənlər arasnda xanım iş adamı Ülviyyə Abdalova da var.
Ü.Abdalova V.Nəbiyevin ondan 353 min 300 manat aldığını bunun üçün də Baş Prokuror yanında Korrupsiyaya Qarşı Baş Mübarizə İdarəsinə müraciət etdiyini bildirib.


Şərhlər