Menu

Moldova Maliyyə Nazirliyində axtarışlar aparılır

06.10.2017, 14:59
Moldova Maliyyə Nazirliyində axtarışlar aparılır

Moldova Maliyyə Nazirliyində korrupsiya ilə bağlı iş üzrə axtarışlar aparılır.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Moldovanın Milli Antikorrupsiya Mərkəzinin mətbuat katibi Anjela Starinski məlumat verib.

"Maliyyə Nazirliyində axtarışlar aparılır. Əməliyyat səhər saatlarından başlayıb. Bir neçə nəfərin adının hallandığı korrupsiya işi ilə əlaqədardır. Daha ətraflı informasiya əməliyyat başa çatdıqdan sonra veriləcək", - A.Starinski bildirib.

Qeyd edək ki, Moldovada ötən ilin payızından etibarən korrupsiya işi üzrə kütləvi həbslər başlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol