Menu

AŞPA prezidenti Pedro Aqramunt istefa verdi

06.10.2017, 16:59
AŞPA prezidenti Pedro Aqramunt istefa verdi

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) sədri Pedro Aqramunt şəxsi mülahizələrindən dolayı, istefa verib. Bu barədə Aqramunt cümə günü özünün «tvitter»ində yazıb.

«Bu gün mən, şəxsi mülahizələrimdən dolayı, AŞ PA sədri postundan istefa vermək qərarına gəldim» - deyə, Aqramunt yazıb. O, sözügedən postu 2016-cı ildə Ann Braseri əvəzləyərək, tutmuşdu.

Qeyd edək ki, Pedro Aqramuntun vəzifədən uzaqlaşdırılması məsələsi uzun müddətdir gündəmdədir.

Aqramuntun adı 2017-ci ilin yazında yaşanmış bir qalmaqalda hallanmağa başlayıb. O zaman Suriyaya səfər etdiyinə görə, Assambleya ona etimadsızlıq göstərib, amma vəzifəsindən kənarlaşdıra bilməmişdi. Çünki reqlament belə halları nəzərdə tutmurdu.

AŞ PA sədri Suriyaya 2017-ci ilin martında Rusiya Dövlət Dumasınınv itse-spikeri Vladimir Vasilyevin başçılıq etdiyi Rusiya parlament nümayəndə heyəti ilə birlikdə getmişdi. O zaman Aqramunt bildirmişdi ki, Suriyaya şəxsi təşəbbüsü ilə və sülhü dəstəklmək maraqlarından çıxış edərək gedib.

Bir qədər sonra, AŞ PA yaz sesiyasının açarkən AŞ PA sədri bəyan etmişdi ki, onun Suriyaya səfəri səhv addımdır.

Bu il iyunun 27-də AŞPA-nın yay sessiyasının plenar iclasında “Parlament Assambleyasında məsuliyyət prinsipinin tanınması və həyata keçirilməsi” adlı hesabat müzakirəyə çıxarılıb. İsveçrəli deputat, xanım Lilian Mori Paskyenin hazırladığı hesabatda AŞPA-nın prezidentinin, vitse-prezidentlərinin və komitə sədrlərinin vəzifələrindən çıxarıla bilməsi məqsədilə qurumun daxili prosedurunda dəyişiklik edilməsi nəzərdə tutulur. Çıxışlardan sonra hesabat səs qoyulub və 154 lehinə, 30 əleyhinə, 13 bitərəf olmaqla, qəbul edilib. Bu hesabatın qəbulundan sonra qurumun sədri Pedro Aqramuntun vəzifədən uzaqlaşdırılacağı gözlənilirdi.

 

 

 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol