Goranboy rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Kələk kəndində baş verib.
Belə ki, kənddə iki avtomobil toqquşub. Hadisə nəticəsində azı 4 nəfər xəsarət alıb. Yaralılardan biri uşaqdır.
Faktla bağlı araşdırma aparılır.


Şərhlər