Menu

 “Almanlar bizim nəyə qadir olduğumuzu bilirlər” - Prosineçki

08.10.2017, 00:28

prosineckiSabah Almaniyada 2018-ci ilin futbol üzrə dünya çempionatının seçmə mərhələsində Almaniya millisinə qarşı oyuna çıxacaq Azərrbaycan yığma komandasının baş məşqçisi Robert Prosineçki oyundan öncəki mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

“Almaniya dünyanın ən güclü komandasıdır. Sabahkı oyunda onların oyununu çətinləşdirməyə çalışacağıq. Bizi çətin oyun gözləyir. Əlimizdən gələni edəcəyik ki, matçdan sonra bir-birimizin üzünə baxa bilək. Almanlara qarşı öz evimizdə keçirdiyimiz oyunda qol vurub, onları “qıdıqlaya” bildik. Artıq onlar bizim nəyə qadir olduğumuzu bilirlər”, - Prosoneçki deyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol