Menu

Bu şəhərlərdə 22 saat oruc tutulacaq

27.06.2014, 09:07
Bu şəhərlərdə 22 saat oruc tutulacaq

Artıq bütün dünya müsəlmanları müqəddəs ramazan ayının astanasındadır. Dünyada 1.5 milyarddan çox müsəlman var və onların tutacağı orucun müddəti yaşadıqları ölkələrə görə fərqli olacaq. Bu il yayın orta ayı iyula təsadüf edən ramazan orucunu bəzi şəhərlər maksimum həddə 22 saat, bəzi şəhərlər isə minimum həddə 9 saat tutacaq.

Hər il olduğu kimi bu il də bəyaz gecələrin yaşandığı Skandinaviya ölkələrində yaşayanlar ən uzun orucu tutacaqlar. Bildirilir ki, ramazanın ilk günü İsveçin Kiruna şəhəri 21 saat 55 dəqiqə, Norveçin Tromso şəhəri 21 saat 51 dəqiqə, İslandiyanın Reykyavik şəhəri sakinləri 21 saat 50 dəqiqə oruc tutacaqlar. Burada yaşayan müsəlmanların sutka ərzində sadəcə 2 saat yemək-içmək üçün vaxtı olacaq. Bu ölkələrdə iqlim şəraiti sərin olduğundan burada yaşayan müsəlmanların oruc vaxtı çox da əziyyət çəkməsi gözlənilmir.

Dünyada ən qısa vaxt oruc tutan şəhər isə Argentinanın Uşuayya şəhəri olacaq. Məlumata görə, burada yaşayan möminlər sadəcə 8 saat 56 dəqiqə oruc tutacaqlar.

Bundan başqa, Helsinki, Oslo və Kopenhagendə yaşayan müsəlmanlar 21 saat oruc tutacaqlar.

Bu şəhərlərdə yaşayan müsəlmanların ən böyük problemi isə iftar ziyafətlərinə getməkdir. Bu yerlərdə vaxt az olduğundan hər kəs orucunu öz evində açmağa üstünlük verir.

Azərbaycanlı möminlər isə 24 saatlıq sutkanın 17 saata yaxınını oruclu keçirəcəklər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol