Menu

Çin dövlət fondunun aktivləri 900 milyard dolları adladı

10.10.2017, 15:27
Çin dövlət fondunun aktivləri 900 milyard dolları adladı

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Çin investisiya korporasiyasının (China Investment Corporation, CIC) - ölkənin suveren rifah foqdu aktivlərinin məbləği avqust ayında 900 milyard dolları aşıb.

Çinin fondu aktivlərinin həcminə görə dünyada ikinci yerdədir və yalnız Norveçin dövlət pensiya fondundan geri qalır. Norveç fondu sentyabr ayında 1 trilyon dollar həddinə çatıb («Finmarket»).

CİC-in başçısı Tu Quanşaonun sözlərinə görə, digər maliyyə strukturları ilə müqayisədə «CİC-in ən böyük üstünlüyü ondadır ki, onu Çin bazarı dəstəkləyir».

«Qarşıdan gələn 10 ildə korporasiyanın inkişafı onun Çin iqtisadi transformasiyasına investisiya qoymaq səylərindən asılı olacaq» - deyə, Tu Quanşao bildirib və əlavə edib ki, CİC bizneslə bazarı təkcə Çində yox, həm də onun sərhədlərindən kənarda əlaqələndirir.

CİC fondu 2007-ci ildə yaradılıb. Onun başlanğıc kapitalının həcmi 249 milyard dollar təşkil edib. 2016-cı ildə CİC-in investisiyalardan əldə etdiyi gəlir 6,2 faiz (75,3 milyard dollar) təşkil edib. Burada Çindən kənarda daşınmaz əmlaka sərmayə qoyuluşu üstünlük təşkil edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol