Menu

Rusiyanın təhdid etdiyi GUAM dövlətləri assosiasiya sazişini imzaladılar

27.06.2014, 13:24
Rusiyanın təhdid etdiyi GUAM dövlətləri assosiasiya sazişini imzaladılar

İyunun 27-də Ukrayna prezidenti Pyotr Poroşenko Brüsseldə Avropa İttifaqı ilə assosiasiya sazişinin iqtisadi hissəsini imzalayıb.

“Media forum” saytının məlumatına görə, sənədə Pyotr Poroşenko, Avropa Komissiyasının sədri Joze Manuel Barrozu və Avropa İttifaqı Şurasının sədri Herman Van Rompey qol çəkiblər.

Bu gün Gürcüstan və Moldovanın baş nazirləri İrakli Qaribaşvili və Yuri Lyanko da Avropa İttifaqı ilə assosiasiya və azad ticarət haqda sazişlərə imza atıblar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol