Fəzail Ağamalı "Gülən"cilərin məktəbləri haqda deyilənləri də yalanladı: "Nurçular və Fətullah Gülən barəsində onlar heç nə danışmayıblar"
"Övladlarım evdə Fətullah Gülən barəsində danışmayıblar". ANS PRESS-in məlumatına görə, bunu millət vəkili Fəzail Ağamalıu Aərbaycan Beynəlxalq Təhsil Kompleksinin ümumtəhsil müəssisələri və “Araz Kursları” bağlanmasına etiraz edən valdideylərə və şagirdlərə cavab olaraq deyib. O, qeyd edib ki, Təhsil Nazirliyi bununla bağlı ciddi addımlar atmalıdır: “Nazirlik bizim səsimizi eşitməlidir”.
Daha sonra millət vəkili türk liseylərinin Fətullah Gülənə məxsus olması barədə yayılan məlumatlara da münasibət bildirib: “Bu məktəblərin Ərdoğanın Azərbaycan səfəri və Fətullah Gülənlə əlaqədərdar olaraq bağlanması barəsində heç nə bilmirəm. Problemlərə görə bu məktəblərin bağlanması barədə qərar qəbul edilib”.

Millət vəkili "Çağ öyrətim" məktəblərində oxuyan övladlarının hər hansı bir təsir dairəsinə düşməsi barəsində də verilən sualı cavablandırıb: “Mən övladlarımda elə bir təsir görməmişəm. Nurçular və Fətullah Gülən barəsində onlar heç nə danışmayıblar. Evdə belə bir söhbət olmayıb. Daha çox onlar Azərbaycana, bayrağa bağlılıq, vətənpərvərliklə bağlı danışıdırlar. Sentyabr ayına qədər elə addımlar atılmalıdır ki, bu uşaqlar çöldə qalmasınlar”.


Şərhlər