Xəbər verdiyimiz kimi, dünən axşam vaxtı metronun “İçərişəhər” stansiyası yaxınlığında naməlum cinayətkar Azərbaycan prezidenti Heydər Əliyevin keçmiş mühafizəçisi Müşfiq Mədətovu bılçaqlayıb. Hadisənin Müşfiq Mədətov çayxanadan çıxarkən baş verib.
M.Mədətov dərhal ərizə ilə polisə müraciət edib.
Səbail Rayon Polis İdarəsinin əməkdaşları onu gücləndirilmiş mühafizə altına götürüblər. M.Mədətov ötən gecəni polis bölməsində keçirib. Hazırda isə o, polis idarəsinin binasındadır.
Hüquq-mühafizə orqanlarındakı mənbələr virtualaz.org-a bildiriblər ki, polis M.Mədətovun həyatına yeni sui-qəsddən ehtiyat edir.
Xatırladaq ki, polis əməkdaşları cinayətkarların tutulmasına cəhd göstəriblər. Amma cinayətkarlar asayiş keşikçilərinə atəş açıblar. Nəticədə Sabail Rayon Polis İdarəsi rəisinin əməliyyat işləri üzrə müavini Orxan Axundzadə yaralanıb.


Şərhlər