Menu

LUKoyl Krımdakı “zapravka”larını satdı

27.06.2014, 16:35
LUKoyl Krımdakı “zapravka”larını satdı

Vahid Ələkbərov: “Ukraynanın hər bölgəsində LUKoyl-un yanacaqdoldurma məntəqəsi var”

“LUKoil Neft Şirkəti respublika rəhbərliyinin tələbi ilə bütün yanacaq dolduqma məntəqələrini Krıma satıb.

Bunu həmin şirkətin Azərbaycan əsilli rəhbəri Vahid Ələkbərov “Vedomosti” qəzetinə açıqlamasında deyib.

Onun sözlərinə görə, yanacaqdoldurma məntəqələri kiçik və orta biznesin inkişafı üçün satılıb, Krım operatorları da onu satın alıb. LUKoyl şirkətinin rəhbəri qeyd edib ki, bu sövdələşmə sırf kommersiya məqsədi daşıyır. Əlbəttə ki, mövcud vəziyyətə görə, müəyyən güzəştlər də olur. Şirkət artıq satılmış yanacaqdoldurma məntəqələrini yanacaqla təmin etməyəcək:“Bəli, biz o yanacaqdoldurma məntəqələrini satmışıq və artıq onların yanacaqla təmin olunmasına görə cavabdehlik daşımırıq. Ona görə də onlar artıq LUKoyl adını da dəyişiblər”,- deyə o bildirib.

Vahid Ələkbərovun sözlərinə görə, şirkətin hələ də Ukraynada 250 yanacaqdoldurma məntəqəsi var:

“Bizim Ukraynanın hər bölgəsində yanacaqdoldurma məntəqəmiz var. Əsasən mərkəzi hissədə, Ukraynanın Cənub və Qərb bölgəsini əhatə edir. Etirazlar var idi. Aksiyalar keçirmək üçün insanlar gəlirdi. Lakin realizə işləri hər yerdə stabil şəkildə öz işini davam etdirir”.

Onun sözlərinə görə, Ukraynada LUKoyl şirkətində 5 minə yaxın adam çalışır. Şirkət yanacaqdoldurma məntəqələrindən savayı eyni zamanda “Karpatneftxim” adlı neftkimya kompleksinə malikdir. Bu kompleksin işi isə iqtisadi çətinlik və təhlükəsizlik baxımından dayandırılıb.(Çünki şirkət PVC istehsalında böyük miqdarda xlordan istifadə edir).

“İşçilər hazırda həmin zavoddan əmək haqqı alırlar. Bizim həmkarlar ittifaqı və regional hakimiyyət orqanları ilə geniş əlaqələrimiz var və bütün komandada sabitlik var və müəssisədə hər hansı bir artıq əmələ yol verilməyib. Bizim regional rəhbərlər hakimiyyət orqanlarıyla daim əlaqədədir” - bu sözləri də sonda LUKoyl rəhbəri bildirib”. (moderator.az)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol