Menu

Rusiya və Türkiyə "pomidor razılığı"na gəldilər

18.10.2017, 16:45
Rusiya və Türkiyə "pomidor razılığı"na gəldilər

RF və Türkiyə pomidor tədarükü barədə prinsipial razılığa gəliblər.

Trend-in məlumatına görə, bunu Rusiya-Türkiyə hökumətlərarası komissiyasının həmsədri, energetika naziri Aleksandr Novak deyib.

O qeyd edib ki, dekabrın 1-dən etibarən Rusiya bazarına Türkiyənin 4 müəssisəsindən 50 min ton həcmində pomidor göndəriləcək:

"Hazırda bununla bağlı normativ-hüquqi baza hazırlanır".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol