Menu

Yeni türk dövləti yarana bilər - Ukraynalı siyasətçi

19.10.2017, 15:41
Yeni türk dövləti yarana bilər - Ukraynalı siyasətçi

Krım tatarları Krım yarımadasında öz dövlətlərini yaratmaq haqqına sahibdirlər.Axar.az xəbər verir ki, bunu “Batsman.Live” proqramında çıxışı zamanı ukraynalı siyasətçi Roman Bessmertnıy söyləyib. Onun sözlərinə görə, Krım tatarları əvvəl-axır bu haqlarını reallaşdıracaqlar:

“2005-ci ildə Ukraynada hökumətin bütün orqanlarında Krım tatarlarının xüsusi nümayəndələrinin olması öhdəliyi məcburiləşdirilməliydi. Öz kadrlarını yetişdirmək üçün onlara yardım etmək lazım idi. Krım tatarları dövlət yaratmaq haqqına sahibdir və əvvəl-axır bu haqlarını reallaşdıracaqlar. Biz buna göz yummamalıyıq. Krımın işğaldan azad olunması üçün 40 il lazım olacaq. Mən əminəm ki, Krım qayıdacaq”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol