Menu

İran ballistik raket üzrə işləri sürətləndirir

19.10.2017, 18:46
İran ballistik raket üzrə işləri sürətləndirir

ABŞ-ın təzyiqləri fonunda İranın raket proqramının inkişafı sürətləndiriləcək. Bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (Sepah) bəyanatında deyilir.

Qeyd olunur ki, "Sepah" regionda təsirini gücləndirməyə çalışır və İranın ballistik raketlərin yaradılması üzrə proqramını daha sürətlə inkişaf etdirəcək.

Xatırladaq ki, ötən həftə ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatların İrana münasibətdə yeni strategiyasının icrasına "Sepah"a qarşı sərt sanksiyaların tətbiqi ilə başlanacağını bildirmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol