Menu

Malikinin 50 sünni əsiri edam etdirdiyi üzə çıxdı

28.06.2014, 08:36
Malikinin 50 sünni əsiri edam etdirdiyi üzə çıxdı

Beynəlxalq Əfv Komissiyası İraqda baş nazir Malikinin ordusu və milisləri tərəfindən Telafer , Mosul, Bakuba kimi şəhərlərdə həbs olunmuş 50 sünnünün edam edildiyi haqda sensasion məlumat yayıb.

Avropa.info xəbər verir ki, təşkilat bununla bağlı əllərində kifayət qədər məlumat olduğunu deyib.

Qrumun yaydığı hesabatda bildirilir ki, İraq ordusu 15 iyinda Telafer və Mosul kimi şəhərlərdən geri çəkilərkən intiqam almaq üçün sünni məhbusları edam ediblər.

Beynəlxalq Əfv Komissiyasının İraqın şimalında olan səlahiyyətlisi Donatella Rovera , məsələylə bağlı açıqlamasında deyib.

"Sünni məhbusların İraq gücləri tərəfindən soyuqqanlılıqla öldürüldükləri ortaya çıxıb. Döyüşün belə bir qaydaları var. Məhbusları öldürmək savaş suçudur. Hökumət tezliklə tərəfsiz araşdırmaya başlamalıdır."

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol