Menu

"Qəbələ" "Qarabağ"ı məğlub edərək liderlə xallarını bərabərləşdirib

22.10.2017, 23:59
"Qəbələ" "Qarabağ"ı məğlub edərək liderlə xallarını bərabərləşdirib

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında IX turun son oyunu keçirilib."Report" xəbər verir ki, "Qəbələ" çempionatın lideri "Qarabağ"ı öz meydanında minimal hesabla məğlub edib.

Qəbələ şəhər stadionunda təşkil olunan görüşdə yeganə qolu 8-ci dəqiqədə Asif Məmmədov vurub.

Beləliklə, "Qəbələ" xal ehtiyatını 19-a çatdıraraq lider "Qarabağ"a çatıb.

Topaz Premyer Liqası, IX tur

18:30. "Qarabağ" - "Qəbələ" – 1:0

Qol: Asif Məmmədov, 8 (1:0)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol