Menu

Rusiya ATƏT PA-nın sessiyasında Azərbaycanın dəstəyinə ümid edir

28.06.2014, 10:27
Rusiya ATƏT PA-nın sessiyasında Azərbaycanın dəstəyinə ümid edir

Rusiya nümayəndə heyəti ATƏT PA-nın Bakı sessiyasında azərbaycanlı həmkarları ilə qarşılıqlı əməkdaşlığa ümid edir. Bu barədə Dövlət Dumasının spikeri Sergey Narışkin iyunun 27-də prezident İlham Əliyevlə görüşündə bildirib. RİA-Novosti məlumat yayıb.

“Biz sanki doğma torpaqdayıq, özümüzü evimizdəki kimi hiss edirik. Bu, bizim hər zaman azərbaycanlı həmkarlarımız ilə müxtəlif beynəlxalq parlament meydançalarında, o cümlədən ATƏT-in Parlament Assambleyasında öz fəaliyyətimizi yaxşı koordinasiya edəcəyimizə əminlik yaradır”, - Narışkin vurğulayıb.

O güman edir ki, ATƏT PA-nın yaxın sessiyasında diskussuya “qızğın, maraqlı, cəlbedici olacaq”. “Bu, bizi sevindirir, biz buna hazırıq, çünki həqiqət bizim tərəfimizdədir”, - o qeyd edib.

Öz növbəsində prezident İlham Əliyev deyib ki, qarşıdakı sessiyada tərəflər ümumi yanaşmaları nümayiş etdirəcəklər. “Biz beynəlxalq həyatla bağlı vahid mövqe nümayiş etdirəcəyik”, -İ.Əliyev vurğulayıb.

Onun sözlərinə görə, ikitərəfli münasbətlər prosesi dinamik inkişaf edir. Dövlət başçısı Narışkinin Azərbaycana səfərinin önəmini xüsusilə qeyd edib və deyib ki, münasibətlər bütün sahələrdə - siyasi, iqtisadi və humanitar – uğurla inkişaf edir.

“Biz bütün istiqamətlərdə effektiv çalışırıq və bu əməkdaşlığın davamına ümid edirik”, - İ.Əliyev bildirib.

Qeyd edək ki, 28 iyun-2 iyul ATƏT PA-nın sessiyasında Ukraynada vəziyyətlə bağlı xüsusi dinləmələr keçiriləcək. /contact.az

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol