Menu

Roqozinin mənzili atəşə tutulub

23.10.2017, 21:36

roqozinMoskvada Rusiya baş nazirinin müavini Dmitriy Roqozinin mənzili atəşə tutulub. Bu barədə “Life” xəbər verib.

İnsidentin oktyabrın 14-də baş verdiyi bildirilir. Məlumata görə, naməlum şəxsin açdığı atəş nəticəsində mənzilin pəncərə şüşələri sınıb. Hadisə nəticəsində zərərçəkən olmayıb.

Oktyabrın 19-da faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol