Menu

Bu üç restoranın yeməkləri yararsız çıxdı - Siyahı

28.06.2014, 11:08
Bu üç restoranın yeməkləri yararsız çıxdı - Siyahı

İqtisadiyyat və Sənaye Nazirliyi bu dəfə də istirahət mərkəzləri və restoranlarda yoxlama aparıb.

Bu barədə virtualaz.org saytına nazirlikdən məlumat veriblər.

Xəbərdə deyilir ki, Zirə qəsəbəsində “Dübəndi Bağları” MMC-yə məxsus “Dübəndi” restoranında yoxlama aparılarkən köhnə, istifadəyə yararsız ərzaqlardan yemək hazırlandığı məlum olub.

Bundan əlavə, Sumqayıt şəhəri, Novxanı şosesində yerləşən “Qoç” MMC-yə məxsus “Səma” istirahət mərkəzində də nöqsanlar aşkarlanıb. Istirahət mərkəzində istehlakçılara köhnə ərzaqlardan hazırlanan yeməklər təklif edilib.

Nazirlik Sumqayıt şəhəri, II mikrorayon, 69 ünvanında yerləşən “Mərcan” restoranında yararsız ərzaqlar aşkarlayıb.

Nöqsanlarla bağlı müəssisə rəhbərlərinə qarşı cərimələr tətbiq edilib. Nazirlik xəbərdar edir ki, istehlakçının menyu ilə tanış olmaq, təklif edilən yeməklərin tərkibi və ərzaqların keyfiyyətini öyrənmək hüququ var. Mağaza, restoran, istirahət mərkəzi və digər ictimai iaşə mərkəzində nöqsanlarla qarşılaşanlardan nazirliyə məlumat vermələri xahiş edilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol