Menu

Özünü ikinci dəfə asdı - Ağstafada intihar

24.10.2017, 09:49
Özünü ikinci dəfə asdı - Ağstafada intihar

Ağstafa rayonunun Poylu kəndində intihar hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, 1985-ci il təvəllüdlü rayon sakini Elçin Ədalət oğlu Nəbiyev özünü yaşadığı evdə asaraq öldürüb.

Məlumata görə, E.Nəbiyev 2013-cü ildə ailə həyatı qurub. Lakin, toyundan üç gün sonra özünü asaraq intihara cəhd edib.

Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol