Menu

Bakının bəzi yerlərindən su olmayacaq

24.10.2017, 11:56
Bakının bəzi yerlərindən su olmayacaq

Bu gün Bakının bəzi yerlərindən su olmayacaq.

“Azərsu” ASC-dən verilən məlumata görə, paytaxtın Binəqədi rayonu Fərman Məlikov küçəsindən keçən magistral su xəttində yenidənqurma işlərinin aparılması ilə əlaqədar oktyabrın 24-də gün ərzində Binəqədi rayonu 7-ci və 8-ci mikrorayonlarının bəzi ərazilərinə, eləcə də Azadlıq prospekti, Cəfər Xəndan və F. Məlikov küçələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranan narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol