Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən həkim-pediatr Samirə Mansurova və Təhsil Nazirliyinin məsul işçisi olmuş Aytəkin Bağırovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
APA-nın xəbərinə görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, S. Mansurova 8 il müddətinə azadlıqdan məhrum edilib.
A. Bağırova isə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və onun barəsindəki ev dustaqlığı həbslə əvəz olunub. O, məhkəmə zalında həbs olunub.
Qeyd edək ki, hər iki şəxs əlbir olaraq iş düzəltmək adı ilə vətəndaşlara qarşı ümumilkdə 60 min manatdan çox dələduzluq ediblər. Zərərçəkmişlərinşikayəti əsasında hər iki qadın saxlanılıb. Onlardan Samirə Mansurova barəsində həbs qətimkan tədbiri seçilib. Aytəkin Bağırova barəsində isə polis nəzarətində qətimkan tədbiri seçilib.


Şərhlər