AzPolitika.info Rusiya KİV-ə istinadla xəbər verir ki, qarşıdan gələn prezident seçkilərinə namizədliyini irəli sürmək niyyətində olduğunu elan etmiş teleaparıcı Ksenya Sobçak Krım yarımadasının beynəlxalq hüquq baxımından Ukrayna ərazisi olduğunu dilə gətirib.
«Kəsə cavab verirəm - boyun qaçırmayacam. Beynəlxalq hüquq baxımından Krım, Ukraynanındır» - Sobçak mətbuat konfransında bildirib.
Rusiyanın fəaliyyətdə olan Prezidenti barədə danışarkən, o, qeyd edib ki, «adam-Putin»ə onun heç bir iradı yoxlur, amma «siyasətçi-Putin»ə sualları var.
Onun sözlərinə görə, həm də «bütün üsullarla çalışmaq niyyətindədir ki, müxalifətçi Aleksey Navalnı seçkilərdə namizəd kimi qeydə alınsın». Sobçak qeyd edib ki, Rusiyada prezidentliyə namizəd olmaq üçün Navalnıdan savayı bu qədər zəhmət çəkən kimsə yoxdur və əlavə edib ki, əgər onun namizədliyini qeydə alsalar, öz nəmizədliyini geri götürüb, onun komandasına daxil olacaq.
Teleaparıcı əlavə edib ki, Novalnını son 5 ilin ən uğurlu siyasi layihəsi hesab edir.
Bu arada, «Rosbalt» iştirakçılarının 45,0 faizi hesab edir ki, Ksenya Sobçak seçkilərdə Putinin razılığı ilə iştirak etmək qərarına gəlib ki, ona sərfəli olan azad və ədalətli seçki obrazı yaransın. Respondentlərin 28,0 faizi hesab edir ki, beləliklə, teleaparıcı diqqəti özünə cəlb etmək istəyir. 10,0 faiz isə hesab edir ki, bu addımı ilə o, fəaliyyətdə olan hakimiyyətin maraqları naminə, seçkilərdə seçici fəallığını yüksəltmək niyyətindədir.
Rəyi soruşulanların 7,0 faizi düşünür ki, Sobçak seçkilərə liberal düşərgənin acığına, ziddiyyət hissələrindən dolayı gedir. Məlumdur ki, bu düşərgə Sobçakın seçkilərə qatılmasını sərt şəkildə tənqid edib.
Rəyi soruşulanların yalnız 1,0 faizi düşünür ki, Sobçak seçkilərə Vladimir Putinlə rəqabət aparmaq və mümkün olarsa, ona qalib gəlmək məqsədilə qatılır.
Bildirək ki, sorğuda 7,5 min insan iştirak edib.


Şərhlər