AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, İraqın Baş naziri Haydar əl-Abadi Türkiyəyə rəsmi səfərə gəlib. Səfər çərçivəsində o, Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyip Ərdoğanla görüşüb.
Görüş Ankarada Prezident sarayında baş tutub və mətbuata qapalı şəkildə, 30 dəqiqəyə qədər çəkib.
Bundan sonra, görüş geniş formata keçib və türkiyəli məmurlar - xarici işlər naziri Mövlud Çavuşoğlunun, energetika və təbii resurslar naziri Berat Albayraqın, inkişaf naziri Lütfi Əlvanın, meşə təsərrüfatı və su ehtiyatları naziri Veysəl Əroğlunun və milli kəşfiyyat təşkilatının başçısı Hakan Fidanın iştirakı ilə davam edib.
«Anadolu» agentliyinin və Ərdoğanın mətbuat xidmətinin məlumatına görə, iki ölkənin liderləri hələlik heç bir rəsmi bəyanat verməyiblər.


Şərhlər