Menu

Goranboyda pambıq tayası yanıb

25.10.2017, 23:24
Goranboyda pambıq tayası yanıb

Goranboyda yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Goranboy rayonunda çəkisi 250 ton olan pambıq tayasının 200 kiloqramı yanıb.

Tayanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol