Menu

Brent markalı neft 58,4 dollara satılır

26.10.2017, 09:26
Brent markalı neft 58,4 dollara satılır

Dünya birjalarında neft ucuzlaşır.

"APA-Economics" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barrelə görə 0,08 dollar və ya 0,15% azalaraq 52,10 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barrelinin dəyəri isə 0,08 dollar və ya 0,14% azalaraq 58,36 dollar olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol