Menu

Bakıda mənşəyi bilinməyən tonlarla ət tapıldı

28.06.2014, 13:15
Bakıda mənşəyi bilinməyən tonlarla ət tapıldı

Ət tədarükü məntəqəsindən tapılan ətlər istifadəyə yararsız olub

Bakıda mənşəyi bilinməyən tonlarla ət aşkar edilib. Bu barədə məlumatı Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilib.

A.Məhərrəmov küçəsində Müşfiqabad qəsəbə sakini Sərdar Şahverdiyevə məxsus ət tədarükü məntəqəsində yoxlama olub. Əməliyyat tədbirlərini Bakı Şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə İdarəsi və İstintaq və Təhqiqat İdarəsi əməkdaşları keçiriblər.

Nəticədə ət tədarükü məntəqəsinin 2 soyuducu kamerasında və 3 saxlanc yerində mənşəyi məlum olmayan və istifadəyə yararsız 6 tondan artıq ət aşkar olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol