AzPolitika.info Rusiya KİV-ə istinadla xəbər verir ki, «Novaya qazeta»nın (Rusiya) rəhbərliyi özünümüdfiə məqsədilə əməkdaşlarına silah verəcək.
«Dövlət bizi qoruya bilmir» - deyə, qəzetin baş redaktoru Dmitri Muratov «Exo Moskvı» radiosunun efirindən bildirib.
Muratovun sölərinə görə, silah mümkün təhlükənin qarşısının alınması və özünümüdafiə məqsədilə istifadə olunacaq.
Xatırladaq ki, oktyabrın 23-də bıçaqla silahlanmış bir nəfər «Exo Moskvı» radiostansiyasının baş redaktor müavini Tatyana Felgenhauerə hücum edib. Hadisə Yeni Arbatda - birbaşa redaksiyada baş verib.


Şərhlər