Menu

«ABŞ-a inanmayın!» - İrandan İraqa məsləhət

27.10.2017, 00:13

xamenei2_0m7x9h0j9u-12952«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verliyi xəbərə görə, İranın ali ruhani lideri ayətulla Əli Xamenei İraqı ««İslam Dövləti»ni darmadağın edəcəyi vədini verən Amerika Birləşmiş Ştatlarına (ABŞ) inanmamağa» çağırıb.

«Açıq-aydın görsənir ki, imkan düşəcəyi təqdirdə, ABŞ yenidən İraqa ziyan vurmağa cəhd göstərəcək» - deyə, Xamenei İraqın Baş naziri Haydar əl-Abadi ilə görüşü zamanı bəyan edib («Press TV»).

Xameneinin fikrincə, «İslam Dövləti»nin meydana gəlməsinə məhz ABŞ məsuliyyət daşıyır, indi isə Vaşinqton «özünü elə göstərir ki, guya İraqın terrorçular üzərində qələbəsini dəstəkləyir».

O, İraqın uğurlarının başlıca faktoru kimi, birliyi önə çəkib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol