AzPolitika.info Qazıxıstan KİV-nə istinadla xəbər verir ki, Prezident Nursultan Nazarbayev ölkənin mərhələli şəkildə latın qrafikasına keməsi barədə fərman («Qazax dilinin kiril qrafikasından latın qrafikasına keçirilməsi barədə») imzalayıb (Nur.kz.).
«Qazaxıstan respublikası hökumətinə tapşırılsın: qazax dili əlifbasının latın qrafikasına keçirilməsi üzrə milli komissiya yaratsın; 2025-ci ilə qədər qazax dili əlifbasının mərhələli şəkildə latın qrafikasına keçirilməsini təmin etsin» - fərmanda qeyd edilir.
Prezident, 32 hərfdən ibarət və fərmana əlavə olunmuş qazax dili əlifbasını da təsdiq edib.
Fərmanın icrasına nəzarət Qazaxıstan Prezidenti administrasiyasına həvalə olunub.


Şərhlər