Menu

Bakıda intihara cəhd - İki uşaq anası özünü asmaq istədi

27.10.2017, 10:01
Bakıda intihara cəhd - İki uşaq anası özünü asmaq istədi

Bakının Xəzər rayonunda özünü asan qadın qohumları tərəfindən xilas edilib.

"Report"un xəbərinə görə, intihara cəhd hadisəsi Binə qəsəbəsində qeydə alınıb.

"Südçülük sovxozu"nda yaşayan 1985-ci il təvəllüdlü M.G. yaşadığı evdə özünü asıb. Qohumları onu görərək boğulmaqdan xilas ediblər. Lakin qadının vəziyyəti ağır olduğundan o, 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən araşdırma aparılır.

G.Məmmədova ailəlidir, onun iki azyaşlı övladı var.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol