Menu

Katalonya parlamenti əyalətin müstəqilliyini elan etdi

27.10.2017, 17:41
Katalonya parlamenti əyalətin müstəqilliyini elan etdi

İspaniyanın Kataloniya Muxtar Əyalətinin parlamenti birtərəfli qaydada əyalətin müstəqilliyini elan edib.

“Report” xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Kataloniyanın müstəqilliyinin elan edilməsi ilə bağlı parlamentdə səsvermə keçirilib.

Məlumata görə, içəridə səsvermə gedən zaman müstəqillik tərəfdarları təhlükəsizlik baxımından parlamentin binasını mühasirəyə alıblar.

Rəsmi Madrid qərara hələlik münasibət bildirməyib.

Qeyd edək ki, Kataloniyada oktyabrın 1-də müstəqilliklə bağlı “referendum” keçirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol