«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Dövlət Departamenti (DD) bəyan edib ki, Kataloniya İspaniyanın ayrılmaz hissəsidir və ABŞ, ölkənin bütövlüyünün qorunub saxlanması istiqamətində Madrid hökumətinin gördüyü konstitusion tədbirləri dəstəkləyir. Bu barədə DD-nin rəsmi nümayəndəsi Hazer Hauert bəyan edib.
Cümə günü Kataloniya parlamenti müstəqillik barədə qətnamə qəbul edib. Bundan bir saat sonra, İspaniya senatı konstitusiyanın 155-ci maddəsinin tətbiq olunmasını təsdiqləyib. Bu maddə İspaniya hökumətinin Kataloniyanı birbaşa idarə etməsinə hüquqi imkan yaradır.
«Kataloniya - İspaniyanın ayrılmaz hissəsidir və Birləşmiş Ştatlar İspaniyanın bütövlüyünü qoruyub saxlamaq istiqamətində mərkəzi hökumətin gördüyü bütün işləri dəstəkləyir» - Hauertin bəyanatında deyilir.
DD-də əlavə ediblər ki, ABŞ və İspaniya «təhlükəsizlik və iqtisadiyyat sahələrində bizim ümumi prioritetlərimizi irəli aparmaq məqsədilə əməkdaşlıq edir».

Şərhlər