AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Türkiyə Kataloniya parlamentinin müstəqillik barədə çıxartdığı birtərəfli qərarı pisləyib.
Xarici işlər nazirliyinin (XİN) bəyanatında deyilir ki, Kataloniya hakimiyyətinin birtərəfli qərarı İspaniya konstitusiyasını pozur. O da qeyd olunur ki, bu münaqişədə Ankara Madridi dəstəkləyir.
Bundan əvvəl Şotlandiya hökuməti Kataloniya hökumətinə rəğbətini ifadə etsə də bölgənin müstəqilliyini tanımaqdan çəkinib.
Bu ərəfədə, muxtariyyətin parlamenti bölgənin müstəqilliyini elan edib. Bundan sonra, İspaniya parlamentinin yuxarı palatası konstitusiyanın 155-ci maddəsinin tətbiqinə səs verib. Bu maddənin tətbiqi Kataloniyanın birbaşa mərkəzdən idarə olunması üçün hüquqi zəmin yaradır.


Şərhlər