Menu

Bərzani bu tarixdə hakimiyyətdən gedəcək

28.10.2017, 23:47
Bərzani bu tarixdə hakimiyyətdən gedəcək

İraq Kürd Regional Hökumətinin rəhbəri Məsud Bərzani hakimiyyətdən gedəcəyi tarixi açıqlayıb.Axar.az xəbər verir ki, Bərzani parlamentə göndərdiyi məktubda noyabrın 1-də səlahiyyətlərini Kürdüstan parlamentinə və Kürdüstan Regional Hökumətinə verəcəyini açıqlayıb.

Qeyd edək ki, Bərzani 25 sentyabrda keçirilən qanunsuz referendumdan sonra İraq hökuməti tərəfindən sərt addımlarla üzləşib. Onun istefa verməcəyi ilə bağlı Kürd Muxtariyyəti parlamentinin 26 oktyabrda iclas keçirəcəyi barədə rəsmi məlumat verilsə də, sonradan bu iclas təxirə salınmışdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol